Xəbər lenti

"Qarabağ" haqqında kitab satışa çıxarıldı
İdman06:48 17.05.2022

"Qarabağ" haqqında kitab satışa çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyalı yazar Emmanuel Culianellinin "Qarabağ" haqqında yazdığı kitab satışa çıxarılıb.

Qaynarinfo xəbər verir ki, yazıçı bu barədə tvitter səhifəsində paylaşım edib. O, kitabın ingilis dilində olan versiyasının satışa çıxarıldığını bildirib. "Qarabağ" haqqında kitabın onlayn versiyası da müxtəlif platformalarda yer alır. 

"Qarabağ” – şəhəri olmadan Avropanı fəth edən komanda” kitabına 16,99 funt sterlinq (təxminən 35 manat) qiymət qoyulub.

Culianelli kitabı 2018-ci ildə italyan dilində təqdim edib. Bu ilin mart ayında isə kitabın ingilis dili versiyası çap edilib.
 
Səbuhi Həsənov