Xəbər lenti

“Qarabağ” ilin son oyununda qələbə qazandı
İdman16:54 24.12.2023

“Qarabağ” ilin son oyununda qələbə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura və mövsümün ilk yarısına yekun vurulub.
Qaynarinfo-nun məlumatına görə, ilin sonuncu oyununda "Zirə” "Qarabağ”ı qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Qonaqların qolunu 30-cu dəqiqədə Olavio Juninyo vurub.
Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran "köhlən atlar” liderliyini möhkəmləndirib. "Qartallar” 29 xalla ikinci sıradadır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qəbələ” "Sabah”ı, "Sumqayıt” "Səbail”i 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz” "Araz-Naxçıvan”ı (3:1), "Neftçi” isə "Kəpəz”i (2:0) məğlub edib.