Xəbər lenti

"Qarabağ" ilk transferini açıqladı
İdman16:34 04.01.2024

"Qarabağ" ilk transferini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.
 
Qaynarinfo-nun məlumatına görə, klub "Sabah”dan Aleksey İsayevi transfer edib. Bu barədə Ağdam klubundan rəsmi açıqlama verilib. Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.
İsayev 2020-23-cü illərdə "Sabah”ın formasını geyinib. O, bunadək Rusiyada "Yenisey” (2014-16, 2017-18) və "”Zenit-2” (2016-18), ölkəmizdə "Sumqayıt”da (2018-20) çıxış edib.