Xəbər lenti

"Qarabağ"ın akademiyasında sürpriz qonaq
İdman11:31 30.08.2022

"Qarabağ"ın akademiyasında sürpriz qonaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda səfərdə olan türkiyəli mütəxəssis Önder Karaveli "Qarabağ"ı və klubun akademiyasını ziyarət edib.
"Qaynarinfo" klubun məbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin bazasına gələn mütəxəssis komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb və ona növbəti oyunlarda uğurlar arzu edib.
Qurbanov ziyarətə görə Karaveliyə təşəkkür edib.
Bir zamanlar "Qarabağ"ın akademiyasında koordinator işləmiş mütəxəssis hazırda Türkiyənin "Beşiktaş” klubunda futbol inkişaf direktoru (Futbol gelişim direktörü) olaraq çalışır.
Səbuhi Həsənov