"Qarabağ"ın Avroliqadakı oyunlarının təqvimi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, G qrupunda yarışacaq təmsilçimiz ilk matçını sentyabrın 8-də Almaniyada "Frayburq"a qarşı keçirəcək. Qurban Qurbanovun komandası Bundesliqa təmsilçisini Bakıda sonuncu, VI turda qəbul edəcək.
UEFA Avropa Liqası
"Qarabağ"ın oyunlarının təqvimi
I tur
8 sentyabr
23:00. "Frayburq" (Almaniya) - "Qarabağ" (Azərbaycan)
II tur
15 sentyabr.
20:45. "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa)
III tur
6 oktyabr
23:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)
IV tur
13 oktyabr
20:45. "Qarabağ" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan)
V tur
27 oktyabr
23:00. "Nant" (Fransa) - "Qarabağ" (Azərbaycan)
VI tur
3 noyabr
20:45. "Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya)
"Qarabağ" qrup mərhələsindəki oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Səbuhi Həsənov