Xəbər lenti

"Qarabağ"ın Avroliqadakı rəqibləri müəyyənləşir
İdman05:38 26.08.2022

"Qarabağ"ın Avroliqadakı rəqibləri müəyyənləşir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.
Qaynarinfo xəbər verir ki, mərasim Türkiyənin İstanbul şəhərində Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək. Püşkatmaya 2-ci səbətdən qatılacaq "Qarabağ"ın da qrupdakı rəqibləri müəyyənləşəcək. 
1-ci səbət: "Roma", "Latsio" (hər ikisi İtaliya), "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Braqa" (Portuqaliya), "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Kiyev, Ukrayna), "Olimpiakos" (Yunanıstan)
2-ci səbət: PSV, "Feyenoord" (hər ikisi Niderland), "Renn", "Monako" (hər ikisi Fransa), "Real Sosyedad" (İspaniya), "Qarabağ" (Azərbaycan), "Malmö" (İsveç), "Lüdoqorets" (Bolqarıstan)
3-cü səbət: "Şerif" (Moldova), "Betis" (İspaniya), "Midtüllan" (Danimarka), "Budö Qlimt" (Norveç), "Ferentsvaroş" (Macarıstan), "Yunion" (Berlin), "Frayburq" (hər ikisi Almaniya), "Fənərbağça" (Türkiyə)
4-cü səbət: "Nant" (Fransa), HİK (Finlandiya), "Şturm" (Avstriya), AEK (Larnaka), "Omoniya" (hər ikisi Kipr), "Yunion" (Belçika), "Sürix" (İsveçrə), "Trabzonspor" (Türkiyə)
Avropa Liqasında qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.
Səbuhi Həsənov