Xəbər lenti

“Qarabağ”ın Avroliqanın qrup mərhələsində şansı nə qədərdir? – Futbol eksperti
İdman13:52 26.08.2022

“Qarabağ”ın Avroliqanın qrup mərhələsində şansı nə qədərdir? – Futbol eksperti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın tanınmış müəxəssislərindən olan Yunis Hüseynov "Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki rəqiblərini və şanslarını dəyərləndirib.
Keçmiş futbolçu Qaynarinfo-ya açıqlamasında G qrupunda "Olimpiakos”, "Frayburq” və "Nant”la mübarizə aparacaq Ağdam təmsilçisindən gözləntilərini belə izah edib:
"Mənə elə gəlir ki, "Qarabağ” bu qrupdan çıxa bilər. Açığı, bu rəqiblərin son oyunlarını, demək olar, izləməmişəm. İndi hansı vəziyyətdə olduqlarını bilmirəm. "Qarabağ” öz yaxşı oyunu ilə azarkeşlərimizi sevindirib. Ona görə də bu nöqteyi-nəzərdən deyirəm ki, ikinci yeri tutub mərhələ adlaya bilər. Şanslara gəlincə, Almaniya futbolu bildiyiniz kimi, həddindən artıq inkişaf edib. "Qarabağ” digər Fransa klubu "Monako”ya qarşı oynayıb. Hazırda ən güclü çempionatlardan biri də Fransadadır”.
Hüseynov "Qarabağ”ın yunan komandasını hər iki oyunda üstələyəcəyini deyir:
"Fikrimcə, "Qarabağ” hər iki oyunda "Olimpiakos”u keçəcək. Amma "Nant”la "Frayburq”un hansı durumda olduğunu dəqiq deyə bilmirəm. Bu iki komanda ilə oyun çətin ola bilər. Buna baxmayaraq "Qarabağ” hazırda Avropa səviyyəli futbol oynayır. İnanıram ki, qrupdan çıxacaq”.
Səbuhi Həsənov