UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olan İtaliya təmsilçisi "Napoli"nin aparıcı futbolçularından Kevin De Brüyne zədələnib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, A Seriyasının VIII turunda "İnter"lə oyunda (3:1) sıradan çıxıb.
33-cü dəqiqədə penalti zərbəsindən hesabı açan belçikalı yarımmüdafiəçi elə həmin an zədələnib. Onun ən azı 3-4 ay yaşıl meydanlardan kənar qalması gözlənilir.
Qeyd edək ki, 34 yaşlı De Brüyne cari mövsüm "Napoli"nin heyətində 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. "Napoli" - "Qarabağ" matçı noyabrın 26-da, saat 00:00-da keçiriləcək.
Şərhlər