Xəbər lenti

"Qarabağ"ın matçı ən yaxşılar sırasında
İdman05:54 07.05.2022

"Qarabağ"ın matçı ən yaxşılar sırasında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Konfrans Liqasında cari mövsümün ən yaxşı oyunları açıqlanıb.
Qaynarinfo Avropanın ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "10-luq"da "Qarabağ"ın adı yer alıb. Ağdam təmsilçisinin qrup mərhələsinin 5-ci turu çərçivəsində Kipr "Omoniya"sı ilə görüşü ən yaxşılar sırasına salınıb. 
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Omoniya" görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb. Qurban Qurbanovun komandasından 88-ci dəqiqədə Patrik Andrade fərqlənmişdi. "Omoniya"dan isə Duriç və Jordi Qomez qol vurmuşdu. "Omoniya"nın futbolçusu Paris Psaltis isə avtoqola imza atmışdı.
Səbuhi Həsənov