Xəbər lenti

İdman 15:53 22.05.2024

"Qarabağ"ın qapıçısı Avropa çempionatına gedir

"Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili AVRO-2024-ün final mərhələsində iştirak edəcək.

Qaynarinfo xəbər verir ki, qolkiper Gürcüstan millisinin qitə çempionatı üçün ilkin heyətində yer alıb.

25 yaşlı əlcək sahibi Almaniyaya aparılmağa namizədlər sırasında olan üç qapıçıdan biridir. Bu üzdən də onun yekun siyahıda da qalacağı gözlənilir.

Əsas yığmada 1 matç keçirən Luka Almaniyaya 3-cü qapıçı kimi yollanmağa yaxındır. Onun yer aldığı milli Portuqaliya, Türkiyə və Çexiya ilə eyni qrupda mübarizə aparacaq.

Qapıçılar: Georgi Mamardaşvili, Georgi Loria, Luka Quqeşaşvili;

Müdafiəçilər: Solomon Kverkveliya, Giorgi Qvelesiani, Guram Kaşia, Camal Tabidze, Laşa Dvali, Luka Loçoşvili, Otar Kakabadze, Giorgi Qoçoleyşvili, Georgiy Tsitaişvili;

Yarımmüdafiəçilər: Nika Kvekveskiri, Giorgi Çakvetadze, Anzor Mekvabişvili, Caba Kankava, Otar Kiteişvili, Giorgi Koçoraşvili, Levan Şengeliya, Sandro Altunaşvili, Saba Lobyanidze;

Hücumçular: Budu Zivzivadze, Georges Mikutadze, Xviça Kvaratsxeliya, Zuriko Davitaşvili, Giorgi Kvilitaia.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->