Xəbər lenti

"Qarabağ"ın qapıçısı bu hərəkətinə, "Neftçi" azarkeşlərinə görə cəzalandı
İdman11:48 03.03.2023

"Qarabağ"ın qapıçısı bu hərəkətinə, "Neftçi" azarkeşlərinə görə cəzalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Qaynarinfo-nun məlumatına görə Azərbaycan Premyer Liqasının 24-cü turuna həsr olunmuş iclasda "Qarabağ" - "Neftçi" matçında baş verənlərlə bağlı aşağıdakı qərarlar çıxarılıb.
"Turan Tovuz” – "Zirə” oyununda "Zirə” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39).
"Sumqayıt” – "Kəpəz” oyununda "Kəpəz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39).
"Şamaxı” – "Sabah” oyunundan sonra "Sabah” klubunun rəsmi şəxsləri və oyunun 1-ci koməkçi hakimi arasında mübahisə yaşandığına görə klub 3200 manat cərimə edilsin.
"Qarabağ” – "Neftçi” oyununda "Qarabağ” klubunun azarkeşləri kütləvi təhqiramiz ifadələr işlətdiyinə görə "Qarabağ” klubu 4000 manat cərimə edilsin. (maddə 41.7).
"Qarabağ” – "Neftçi” oyununda "Neftçi” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyinə görə "Neftçi” klubu 800 manat cərimə edilsin. (maddə 51.2).
"Qarabağ” – "Neftçi” oyununda "Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyaların atılmasına görə "Neftçı” klubu 1600 manat cərimə edilsin. (maddə 51.1).
"Qarabağ” – "Neftçi” oyununda "Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi təhqiramiz ifadələrin işlənməsinə görə "Neftçi” klubu 4000 manat cərimə edilsin. (maddə 41.7).
"Qarabağ” – "Neftçi” oyununda "Neftçi” klubunun azarkeşlərinin oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan "Neftçi” klubu tərəfindən ödənilsin.
"Qarabağ” – "Neftçi” oyununda "Qarabağ” klubunun qapıçısı Luka Quqeşaşvili tərəfindən azarkeşlərə tərəf kənar əşya atıldığına görə oyunçu 3 oyun cəzalandırılsın, klub 2400 manat cərimə edilsin (maddə 37.4). Oyun cəzası şərti olaraq tətbiq edilsin. Şərti cəzaya görə sınaq müddəti 3 (üç) ay müəyyən olunur.
Səbuhi Həsənov