Xəbər lenti

"Qarabağ"ın qış hazırlıq planı açıqlandı
İdman14:53 23.12.2024

"Qarabağ"ın qış hazırlıq planı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda 2024/25 mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək.
Azərbaycan Premyer Liqasının 18-ci turunun "Araz-Naxçıvan”la dekabrın 22-də baş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan futbolçular 2025-ci ilin yanvarın 3-də bir araya gələcəklər.
Ağdam təmsilçisinin hazırlıq prosesi "Azersun Arena”dakı təlim-məşq bazasında baş tutacaq.
Bakıdakı toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək. Komanda yanvarın 9-da "Kəpəz”, üç gün sonra "Zirə” ilə üz-üzə gələcək.