Xəbər lenti

"Qarabağ"ın rəqibinin baş məşqçisi iddialı danışdı: "Hələ heç nə bitməyib"
İdman05:55 31.08.2023

"Qarabağ"ın rəqibinin baş məşqçisi iddialı danışdı: "Hələ heç nə bitməyib"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ” olduqca güclü və təcrübəli komandadı, müntəzəm avrokubokların qrupunda çıxış edir". 
Qaynarinfo xəbər verir ki, bu sözləri "Olimpiya”nın baş məşqçisi Joao Enrike Avropa Liqasının pley-off mərhələsində "Qarabağ”la keçiriləcək cavab oyunu barədə danışarkən deyib. 
51 yaşlı mütəxəssis Bakıya iddialı gəldiklərini söyləyib: 
"Lyublyanadakı matçda məğlub olsaq da, onlarla mübarizə aparmaq gücündə olduğumuzu göstərdik. Bizim üçün hələ heç nə bitməyib, mərhələ adlamaq hədəfimiz dəyişməyib. Açıq futbol oynayacaq, daim hücumda qalmağa çalışacağıq”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş 20:00-da start götürəcək. Sloveniyadakı ilk matçda "Qarabağ” 2:0 hesabı ilə qalib gəlib.
Röya