Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan ispaniyalı futbolçu Xayme Romeronun yeni klubu müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, futbolçu ölkəsinin təmsilçisi "Kartaxena"ya keçib. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı hücumameylli yarımmüdafiəçi Sequnda təmsilçisi ilə 2022/2023 mövsümünün sonunadək müqavilə imzalayıb.
Romero 2019 - 2022-ci illərdə "Qarabağ"ın formasını geyinib.
Səbuhi Həsənov