İdman 15:07 03.08.2022

"Qarabağ"ın sabiq futbolçusu qəflətən vəfat etdi

"Qarabağ"ın, Bakı "İnter"inin və "Simurq"un (indiki "Şamaxı") sabiq futbolçusu Andrey Rubin dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. O, 43 yaşında qəflətən dünyasını dəyişib. Ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Andrey Rubin 2008-2010-cu illərdə "İnter"də, 2010-2011-ci illərdə "Qarabağ"da, 2011-2012-ci illərdə "Simurq"da çıxış edib. Rubin 2008/09 mövsümündə "İnter"lə Azərbaycan Premyer Liqasının gümüş, 2009/10 mövsümündə qızıl medallarını qazanıb.

O, AVRO-2000-də iştirak edən Latviya millisinin heyətində yer alıb. Millidə 117 oyun keçirib 9 qol vuran sabiq yarımmüdafiəçi son olaraq ölkəsində "Oqre" klubunda köməkçi məşqçi işləyirdi.

Aydın