Polşanın klubu "Visla"da (Plotsk) çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçakın oğlu Olivyer dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Körpə İsraildəki özəl xəstəxanaların birində vəfat edib. Ona daha əvvəl qaraciyər xərçəngi diaqnozu qoyulub.
Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.
Səbuhi Həsənov