Xəbər lenti

“Qarabağ”ın sabiq qapıçısı: “Şahruddinin zədələnməsi…”
İdman10:11 16.02.2023

“Qarabağ”ın sabiq qapıçısı: “Şahruddinin zədələnməsi…”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Qarabağ” Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçika "Gent”i ilə qarşılaşacaq. Ağdam klubundan qələbə gözlənilsə də, komandada heyət baxımından müəyyən sıxıntılar var. Azarkeşləri qayğılandıran əsas məsələ də qapıçı məsələsidir. Şahruddinin zədəsindən sonra şans veriləcəyi gözlənilən Luka Quqeşaşvili güvən verməsə də başqa çıxış yolu görünmür. Bundan əlavə yerli qolkiper Amin Ramazanov da var ki, onun təcrübəsi yetərincə deyil. 
"Qarabağ”ın sabiq qapıçısı Fərhad Vəliyev Qaynarinfo-ya açıqlamasında oyunla bağlı danışıb:
"Düşünürəm ki, Qurban Qurbanov kimi hazır görəcəksə, ona da etimad göstərəcək. Çətin oyun olacaq. Həm Bakıda, həm də Belçikadakı oyunda favorit bilinmir. Ümid edirəm ki, "Qarabağ”ımız növbəti mərhələyə keçər. Qapıçılara bağlı məşqçilər məşq prosesində qərar verirlər. Futbolçunun özü ilə danışırlar. Şahruddinin zədələnməsi doğrudan da "Qarabağ” üçün itki sayılır. Hansı qapıçı şans qazanarsa ona uğurlar arzulayıram”.
Səbuhi Həsənov