Xəbər lenti

İdman 19:19 19.07.2026

"Qarabağ"ın transfer planını pozmaq istəyirlər

"Qarabağ"ın transfer etmək istədiyi Kabo-Verde millisinin sol vingeri Helio Varela uğrunda rəqabət getdikcə qızışır. İndiyə qədər "Samsunspor" və "Srvena Zvezda" ilə mübarizə aparan Ağdam klubuna Macarıstandan gözlənilməz rəqib çıxıb.

Fanat.Az Macarıstan mətbuatına istinadən xəbər verir ki, ölkənin ən köklü klublarından olan "Ferentsvaroş" da 24 yaşlı futbolçunun transferi üçün dövrəyə girib.

Macarlar bu yay transfer pəncərəsində "Makkabi Tel-Əviv"in ulduzunu heyətinə qatmaqda olduqca iddialıdırlar.

Hazırda bazar dəyəri 2.5 milyon avro olan istedadlı oyunçunun İsrail klubu ilə 2028-ci ilə qədər müqaviləsi davam edir. Keçən mövsüm 36 matçda 3 qol və 2 məhsuldar ötürmə edən Varela, dünya çempionatında Uruqvaya vurduğu qolla da diqqət çəkib.

"Qarabağ"ın siyahısında ilk sıralarda yer alan vinger üçün macarların da masaya oturması Ağdam klubunun işini xeyli çətinləşdirib. Bu dördtərəfli gərgin transfer yarışında hansı komandanın qalib gələcəyi yaxın günlərdə bəlli olacaq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->