İdman 10:31 19.02.2024

“Qarabağ”ın ulduzu komandanı tərk edə bilər

Almaniya və Şotlandiya klubları "Qarabağ”ın futbolçusu Abdullah Zubirlə maraqlanırlar.

Qaynarinfo-nun Report-a istinadən məlumatına görə, söhbət "Auqsburq” və "Seltik”dən gedir.

Adıçəkilən komandalar fransalı yarımmüdafiəçini mövsümün sonunda heyətlərinə qatmaq barədə düşünürlər. 32 yaşlı hücumameyilli futbolçunun UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu "Braqa” ilə görüşdə (4:2) 2 qol, 1 məhsuldar ötürmə verməsi "Auqsburq”la "Seltik”in diqqətini çəkib. Eyni zamanda, Fransa Liqa 1-də çıxış edən bir klubun da ona maraq göstərdiyi bildirilir.

Qeyd edək ki, Abdullah Zubirin "Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.