Xəbər lenti

İdman 08:36 28.07.2022

"Qarabağ"ın zədələnən üç futbolçusunun durumu necədir? - Qurban Qurbanov açıqladı

"Qarabağ"ın "Sürix"lə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda (2:2) zədələnən futbolçularının - Kevin Medina, Maksim Medvedev və Marko Veşoviçin son durumu bəlli olub.

Qaynarinfo xəbər verir ki, müdafiəçilərin vəziyyətini komandanın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında açıqlayıb.

"Köhlən atlar"ın çalışdırıcısı belə danışıb: "Medinanın zədəsi ciddi ola bilər. Bakıya qayıtdıqdan sonra daha dəqiq diaqnoz qoyulacaq. Digərlərinin zədəsi isə yorğunluqla bağlıdır. Ciddi problemləri yoxdur".

Qeyd edək ki, "Qarabağ" Bakıda 3:2 hesabı ilə yendiyi "Sürix"lə səfərdə bərabərə qalaraq ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->