"Qarabağ” Çempionlar Liqasında (ÇL) növbəti oyununa çıxıb.
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan çempionu bu gün II təsnifat mərhələsində mübarizəyə qoşulub.
I raundda "Lex”i (Polşa) iki oyunun cəmində 5:2 (0:1, 5:1) hesabı ilə üstələyən ağdamlılar bu dəfə "Sürix”i sınağa çəkib. İsveçrə çempionu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk qarşılaşma da təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
İbrahima Vadjinin dubl etdiyi oyunda 3:2 hesablı qalibiyyət qazanan Qurban Qurbanovun yetirmələri bir həftə sonra Sürixdəki cavab matçı öncəsi kiçik üstünlük əldə edib.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 27-də keçiriləcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
19 iyul
Qarabağ (Azərbaycan) - Sürix (İsveçrə) 3:2
Qollar: Kadi, 17. İbrahima Vadji, 36; 66 - Lindrit Kamberi, 65. Mirlind Kryeziu, 85.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 81. Kevin Medina, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.
Sürix: 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 10. Antonio Markesano, 16. Mark Hornşux, 19. Nikola Boraniyaşeviç, 21. Blerim Cemayli, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu.
Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 7. Bledian Krasniqi, 8. Ole Selnes, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 17. Şeyk Konde, 28. Karol Mets, 33. Ştefan Zayler, 35, İlan Sauter, 39. Akakiy Qogia.
Baş məşqçi: Franko Foda.
Baş hakim: Irfan Pelto (Bosniya və Herseqovina)
Tofiq Bəhramov adına Respublika stadionu.
Cavab oyunu iyulun 27-də keçiriləcək. "Sürix"i üstələyəcəyi təqdirdə, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.