Xəbər lenti

"Qarabağ” Juninyonun transferini açıqladı
İdman19:55 25.06.2023

"Qarabağ” Juninyonun transferini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Ağdam klubu sosial şəbəkə vasitəsilə braziliyalı vinger Juninyonun keçidini elan edib.
27 yaşlı hücumameyilli oyunçu Portuqaliyanın "Çaves” klubundan transfer olunub. Keçidin detalları və müqavilə müddəti barədə məlumat verilməyib.
Qeyd edək ki, "Qarabağ”ın transfer dönəmində ilk keçidi "Zirə”dən fransalı vinger Hamidu Keyta olub.