Xəbər lenti

"Qarabağ" "Kəpəz"i son dəqiqə qolu ilə məğlub etdi
İdman13:06 27.01.2024

"Qarabağ" "Kəpəz"i son dəqiqə qolu ilə məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Kəpəz"lə üz-üzə gəlib.
Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:1. 72-ci dəqiqədə Olavale Onanuqa Gəncə təmsilçisini hesabda önə keçirib. 79-cu dəqiqədə Olavio Juninyo "köhlən atlar"ın bərabərlik qoluna imza atıb. 90+6-cı dəqiqədə isə Toral Bayramov penaltini dəqiq yerinə yetirib.
Birinci pillədəki "Qarabağ" xallarının sayını 47-yə çatdırıb. 17 xala malik "Kəpəz" 9-cu sıradadır.
Qeyd edək ki, günün ikinci görüşündə "Zirə" "Sabah"ı qəbul edəcək. Turun açılış oyununda "Turan Tovuz" evdə "Səbail"ə qalib gəlib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.