İdman 10:44 29.06.2022

"Qarabağ"la "Zirə" bu gün yoxlama matçı keçirəcək

44Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün 2 yoxlama matçı keçirəcək.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Almaniya təmsilçisi "Holştayn Kiel"lə üz-üzə gələcək. "St. Ulrix" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Toplanışın və günün son matçında isə rəqib Rumıniya klubu "Universitatya Krayova” olacaq. "Yenbax" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

"Qarabağ" Avstriyadakı ilk yoxlama matçında digər Rumıniya əmsilçisi "Botoşani"ni məğlubiyyətə uğradıb - 4:0.

Yeni mövsümə Türkiyənin Bolu şəhərində hazırlaşan "Zirə" isə bu gün ilk sınağına çıxacaq. "Qartallar" Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt"la qarşılaşacaq.
 
Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Yoxlama oyunları

29 iyun

14:00. "Qarabağ" - "Holştayn Kiel" (Almaniya)

"St. Ulrix" stadionu

18:00. "Qarabağ" - "Universitatya Krayova” (Rumıniya)

"Yenbax" stadionu

18:00. "Zirə" - "Hermanştadt" (Rumıniya)

Bolu
 
Səbuhi Həsənov