Xəbər lenti

"Qarabağ" "Molde" ilə başlayıb, "Hakken"lə bitirəcək (TƏQVİM)
İdman07:22 02.09.2023

"Qarabağ" "Molde" ilə başlayıb, "Hakken"lə bitirəcək (TƏQVİM)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Liqasının qrup mərhələsininin oyunlarının təqvimi açıqlanıb.
Qaynarinfo xəbər verir ki, "Qarabağ" mübarizəyə Bakıda başlayacaq.
Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda sentyabrın 21-də (I tur) Norveçin "Molde" klubunu qəbul edəcək. Oktyabrın 5-də (II tur) səfərdə İsveç təmsilçisi "Hakken"lə üz-üzə gələcək Ağdam klunu oktyabrın 26-da (III tur) və noyabrın 9-da (IV tur) Almaniya "Bayer"i ilə münasibətlərini aydınlaşdıracaq. İlk oyun Leverkuzendə, cavab matçı Bakıda baş tuatacaq.
"Qarabağ" noyabrın 30-da (V tur) "Molde"nin qonağı olacaq. Ağdamlılar qrup mərhələsinə dekabrın 14-də (VI tur) Bakıda "Hakken"lə oyunla yekun vuracaq.
Aydın