Xəbər lenti

“Qarabağ müharibəsində Ermənistana qarşı heç bir xarici təcavüz olmamışdı” - Putin
Ölkə18:05 28.11.2024

“Qarabağ müharibəsində Ermənistana qarşı heç bir xarici təcavüz olmamışdı” - Putin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"KTMT Qarabağda Ermənistanın tərəfində vuruşmamalı idi, çünki bu ölkəyə qarşı heç bir xarici təcavüz olmamışdı”

"Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən mətbuat konfransında bildirib.

Prezident bildirib ki, KTMT üzv ölkələri xarici təcavüzdən qorumaq üçün yaradılıb:

"Bu isə o deməkdir ki, Qarabağda baş verənlərin hüquqi nöqteyi-nəzərdən Ermənistanla heç bir əlaqəsi yoxdur”.

KTMT-nin iclasında Ermənistandan nümayəndə heyətinin iştirak etməməsinə münasibət bildirən Rusiya lideri deyib ki, hər bir ölkənin təhlükəsizlik sahəsində hansı addımı atacağını seçmək hüququ var