Xəbər lenti

"Qarabağ” səfər matçlarını bu kanal yayımlayacaq
İdman22:11 13.09.2025

"Qarabağ” səfər matçlarını bu kanal yayımlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Saran Media” və ölkə ərazisində əsas yayımçı olan "CBC Sport” telekanalı ilə əldə edilən razılaşma əsasında 2025/26 mövsümündə bu turnirlərin görüşləri İctimai Televiziyanın canlı efirində təqdim olunacaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə "İctimai TV” məlumat yayıb.
Futbol həvəskarları hər oyun günü 1 qarşılaşmanı İTV-nin efirində izləyə biləcək. Razılaşmaya əsasən, "Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi 4 səfər oyunu İctimai Televiziyanın efirində nümayiş etdiriləcək. 
Yeni mövsümdə yayımlanacaq ilk matç sentyabrın 16-da keçiriləcək "Benfika” - "Qarabağ” görüşü olacaq.