Xəbər lenti

İdman 21:55 21.11.2025

"Qarabağ" səfərdə "Sumqayıt"ı məğlub etdi

Misli Premyer Liqasının XII turunda "Qarabağ" səfərdə "Sumqayıt"a qalib gəlib.

Qaynarinfo xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaqlar 4:2 hesablı qələbəyə seviniblər.

Ağdam təmsilçisinin heyətində Leandro Andrade (6), Toral Bayramov (42), Abdullah Zubir (63) və Aleksey Kaşuk (90+3) fərqləniblər. "Gənclik şəhəri" təmsilçisinin qollarını isə Höccət Haqverdi (30) və Nsana Simon (83) vurublar.

Meydan sahiblərinin heyətində 59-cu dəqiqədə Rayan Senhadji ikinci sarı vərəqənin ardından meydandan qovulub. 77-ci dəqiqədə isə Aleksandr Ramalinqom penalti zərbəsindən yararlana bilməyib.

"Qarabağ" 26 xalla turnir cədvəlinə başçılıq edir. 20 xalı olan "Sumqayıt" dördüncü sırada qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda "Kəpəz" səfərdə "Karvan-"Yevlax"ı 2:1 hesabı ilə məğlub edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->