Xəbər lenti

"Qarabağ" UEFA reytinqində irəlilədi
İdman13:40 04.11.2022

"Qarabağ" UEFA reytinqində irəlilədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" UEFA-nın klub reytinqində 4 pillə irəliləyib.
Qaynarinfo Avropa futbol qurumunun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Avroliqada qrup mərhələsinin sonuncu matçlarından sonra açıqlanan siyahıda 61-ci sırada yer alıb. Hazırda Qurban Qurbanovun komandasının aktivində 25.000 xal var. Ötən gün Avropa Liqasının G qrupunun son turunda Bakıda Almaniya "Frayburq"u ilə heç-heçə edən ağdamlıların irəliləməsinə məhz bu nəticə səbəb olub.
Cədvələ 131,000 xalla İngiltərə təmsilçisi "Mançester Siti" başçılıq edir.
Səbuhi Həsənov