Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayıb.
Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya "Vestri"si ilə ilk oyuna çıxıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayıb. Matçı Roman Jitar (Moldova) idarə edir.
"Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılıb və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşıdır.
Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
Avropa Liqası
I təsnifat mərhələsi (ilk oyun)
9 iyul
20.00 Qarabağ (Azərbaycan) - Vestri (İslandiya) 1:0
Qol: Zəkəriyyə Savo, 30.
Qarabağ: 99. Mateus Koxalski, 2. Mateus Silva, 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zəkəriyyə Savo, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 7. Jali Muaddib, 18. Dani Bolt, 25. Cebrail Makreçkis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.
Vestri: 1. Marvin Steynarsson, 3. Edson, 6. İbrahima Balde, 10. Tordur Haftorsson, 12. Tibanq Fete, 15. Qudmundur Svavarsson, 17. Qunnar Hauksson, 22. Elmar Qardarsson, 23. Breki Hermansson, 29. Konstantin Çeşmedyev, 77. Serin Foll.
Ehtiyat oyunçular: 33. Benedikt Snaedal, 2. Qabriel Kristyansson, 4. Fatai Qbadamosi, 7. Yakob Stensson, 11. Yohannes Selven, 13. Albert Yohansson, 14. Birkir Eydal, 18. Marino Haqbardsson, 19. Emmanuel Dua, 27. Albin Mörfelt, 45. Qudmundur Eynarsson.
Baş məşqçi: Daniel Osafo-Badu.
Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova).
VAR: Luka Çibelli (İsveçrə).
AVAR: Anoen Kanaqasinqam (İsveçrə).
Tofiq Bəhramov adına Respublika Stadionu.
Şərhlər