Xəbər lenti

"Qarabağ" yeni futbolçusunu sifariş etdi
İdman07:17 18.07.2022

"Qarabağ" yeni futbolçusunu sifariş etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın yeni transferi Julio Roman Bakıda İsveçrə təmsilçşisi "Sürix"ə qarşı keçiriləcək ilk oyunda iştirak edə biləcək.
Klubun mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə 24 yaşlı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək görüşlər üçün sifariş olunub.
İyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.
Səbuhi Həsənov