Xəbər lenti

Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi keçiriləcək
Ekonomiks10:52 17.10.2023

Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
19-21 oktyabr tarixlərində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı - "Rebuild Karabakh” sərgisi keçiriləcək.
Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərginin əsas məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti vurğulamaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir. İştirakçıları arasında həm Azərbaycan şirkətləri, həm də xarici şirkətlər təmsil olunacaq. Bununla da Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etmək mümkün olacaqdır. "Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, qida sənayesi, sağlamlıq, , enerjiyə qənaət sistemləri, ağıllı ev həlləri, təhlükəsizlik, təhsil, turizm və mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri üzrə təşkil ediləcəkdir. Sərginin ölkəmiz üçün əhəmiyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgi iştirakçılarına salamlama məktubu göndərməsi bir daha sübut edir. Həmin məktub sərginin rəsmi kataloqunda da dərc olunub.
Qeyd etmək lazımdır ki, işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq üçün hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürülür.
Sərgidə həmçinin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyinin o cümlədən, "Aqroservis” ASC-nin stendi fəaliyyət göstərəcəkdir. Stendə Qarabağda həyata keçirilən aqrar proseslər, tətbiq edilən innovativ kənd təsərrüfatı texnikaları, heyvandarlığın inkişafı və s. nümayiş etdiriləcəkdir.
Sərgi mərkəzinə gələrkən qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəniz mütləq üzərinizdə olmalıdır.