Xəbər lenti

"Qarabağ"ı dayandıran tapılmır (VİDEO)
İdman17:25 27.09.2019

"Qarabağ"ı dayandıran tapılmır (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.
"Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Lider "Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda "Sumqayıt”la qarşılaşıb.
Oyun Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Qurban Qurbanovun komandası ardıcıl 6-cı qələbəsini qazanıb.
Qeyd edək ki, turun digər oyunları 28-29 sentyabr tarixlərində olacaq.
27 sentyabr (cümə)
19:00. "Qarabağ” – "Sumqayıt” - 2:0
Qol: Dani Kintana, 45+2, Mahir Mədətov, 90
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Tofiq Bəhramov adına Respublika Stadionu
<iframe width="640" height="430" src="http://www.youtube.com/watch?v=iq_4ac9egCQ" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">