Xəbər lenti

"Qarabağ"ın 3 futbolçusu "Sportinq"ə qarşı oynamayacaq
İdman08:27 19.09.2018

"Qarabağ"ın 3 futbolçusu "Sportinq"ə qarşı oynamayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Sportinq”lə ilk oyun öncəsi komandanın zədəli futbolçuları ilə bağlı açıqlama verib.
Qaynarinfo sport24.az-a istinadən xəbər verir ki, baş məşqçi bunları deyib: "Simeon Slavçevlə Dani Kintana "Sportinq”lə oyunu dəqiq buraxacaq. Ancaq Slavçev artıq fizioterapevtin nəzarəti altında qaçmağa başlayıb. Dani də bərpa prosesi keçir. Miçel isə 2 gündür komandayla məşq edir”.
Baş məşqçi kapitan Rəşad Sadıqovun oynamayacağını da dilə gətirib: "Dizindən zədə alıb. Azı 4-5 gün dincəlməlidir. Amma o, bir daha müayinədən keçəcək. Görünən odur ki, qarşıdakı oyunu buraxacaq”.