Xəbər lenti

"Qarabağ"ın Avropa Liqasındakı oyun təqvimi açıqlandı
İdman16:15 30.08.2019

"Qarabağ"ın Avropa Liqasındakı oyun təqvimi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, Ağdam klubu ilk matçını sentyabrın 19-u doğma meydanda "Sevilya"ya qarşı keçirəcək. İkinci turda "Düdelanj”ın qonağı olacaq "Qarabağ" 3 və 4-cü turlarda bu mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gəldiyi Cənubi Kipr APOEL-i ilə qarşılaşacaq. 
5-ci turda "Sevilya"nın qonağı olacaq Qurban Qurbanovun komandası son turda "Düdelanj"ı qəbul edəcək.
I tur
19 sentyabr
"Qarabağ" - "Sevilya"
II tur
3 oktyabr
"Düdelanj” - "Qarabağ"
III tur
24 oktyabr
"Qarabağ" - APOEL
IV tur
7 noyabr
APOEL - "Qarabağ"
V tur
28 noyabr
"Sevilya" - "Qarabağ"
VI tur
12 dekabr
"Qarabağ" - "Düdelanj”