"Qarabağ”ın futbolçusu Kadi Borqesin Konfrans Liqasında "Omoniya"ya vurduğu qol həftənin ən yaxşısı seçilməyə namizəddir.
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin 52-ci dəqiqədə uzaq məsafədən vurduğu bərabərlik qolu 4 ən yaxşı arasında göstərilib. Onun rəqibləri Aleksandar Qlişiç ("Alaşkert”), Maksimilian Vittek ("Vitess”) və Ziqa Kousdur ("Mura”).
Qalib azarkeşlər arasında aparılan səsvermənin nəticəsinə görə açıqlanacaq.
"Qarabağ” bu tur Kiprdə "Omoniya”nı 4:1 hesabı ilə məğlub edib. Kadi isə həmin görüşdə dubla imza atıb.
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8">
//
Səbuhi Həsənov