"Qarabağ" yanvarın 5-i Bakıda məşqləri bərpa edəcək.
Hazırlığın 2-ci mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Ayın 12-də qardaş ölkəyə yollanacaq komanda "Gloria Sports Arena"da məskunlaşacaq.
"Qarabağ" yanvarın 14-ü "Qaz Metan" (Rumıniya), 21-i "Şlyonsk Vroçlav" (Polşa), 25-i isə "Visla" (Polşa) qarşılaşacaq.
Yanvarın 21-i və 25-i daha iki oyun nəzərdə tutulub. Komandamız səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək. Bu iki oyunda əsasən, gənc futbolçulara şans veriləcək.
Ağdam təmsilçisinin Antalya toplanışı yanvarın 26-da başa çatacaq.
Səbuhi Həsənov