Xəbər lenti

“Qarabağ”ın “Linfild”lə oyunlarının başlama saatı açıqlanıb
İdman12:18 16.08.2019

“Qarabağ”ın “Linfild”lə oyunlarının başlama saatı açıqlanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağdamın "Qarabağ” klubunun növbəti avrokubok oyunlarının vaxtı açıqlanıb. 
Qaynarinfo xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin "Linfild”lə oyununun başlama saatı dəqiqləşib. 
Şimali İrlandiya təmsilçisi ilə avqustun 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək. "Qarabağ” səfər oyununa Belfastda "Vindsor Park”da çıxacaq. 
Avqustun 29-da Bakıda baş tutacaq matç isə saat 20:00-da başlayacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.