Xəbər lenti

"Qarabağ"ın qış toplanışının yeri açıqlandı
İdman18:44 20.12.2020

"Qarabağ"ın qış toplanışının yeri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" klubu qış təlim-məşq toplanışı üçün ölkə xaricinə getməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XII turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis ölkə xaricinə çıxmağa risk etməyəcəklərini bildirib: "Oyunçularımız haradasa koronavirusa yoluxsa, onların orada qalmaları bizə sərf etmir. Düşündük ki, burada qalaq, oyunçular öz nəzarətimizdə olsun. Bakıda hazırlaşmağımız daha uyğundu".