Xəbər lenti

“Qarabağ”ın qrup mərhələsi üçün iştirak ərizəsi müəyyənləşdi
İdman08:56 03.09.2021

“Qarabağ”ın qrup mərhələsi üçün iştirak ərizəsi müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsi müəyyənləşib.
Qaynarinfo Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda ümumilikdə 28 futbolçu yer alıb. Onlardan 4-ü qapıçı, 10-u müdafiəçi, 11-i yarımmüdafiəçi, 3-ü isə hücumçudur.
A siyahısı 
Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 89. Amin Ramazanov 
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Xayme Romero, 17. Qaspar Panadero 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 28. Hüseyn Hüseynzadə
Hücumçular: 25. İbrahima Vadji, 77. Ramil Şeydayev.
B siyahısı
94. Ayhan Arazlı (qapıçı), 24. Zamiq Əliyev, 83. Nihad Quliyev (hər ikisi müdafiəçi), 27. Toral Bayramov (yarımmüdafiəçi), 22. Musa Qurbanlı (hücumçu).
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda H qrupunda "Bazel" (İsveçrə), "Omoniya" (Kipr) və  "Kayrat"la (Qazaxıstan) mübarizə aparacaq. Komanda ilk oyununu sentyabrın 16-da Bakıda "Bazel”ə qarşı keçirəcək.
Səbuhi Həsənov