Xəbər lenti

"Qarabağ"ın rəqibi Bakıda
İdman17:10 17.08.2020

"Qarabağ"ın rəqibi Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Makedoniyanın "Sileks” klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı "Qarabağ”la matç üçün Azərbaycana gəlib.
Qaynarinfo xəbər verir ki, Kratovo təmsilçisi çarter reysi ilə Bakıya səfər edib.
Saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda "Sileks”in baş məşqçisi Qoran Simovun mətbuat konfransı keçiriləcək. Saat 20:00-da rəqib komanda matçın keçiriləcəyi stadionda son məşqə çıxacaq.
Qeyd edək ki, sabah Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Sileks” oyununa saat 20:00-da start veriləcək. Bu cütün qalibi növbəti mərhələdə "Şerif” (Moldova) – "Fola Eş” (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.