Konfrans Liqasının pley-off mərhələsində doğma meydanda "Qarabağ"la qarşılaşacaq "Aberdin" matça itkilərlə çıxacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Şotlandiya klubunun baş məşqçisi Stiven Qlass yerli mətbuata açıqlamasında bildirib. O, 2 futbolçunun meydana çıxmayacağını vurğulayıb. Belə ki, Rayan Heces və Endryu Korsidan zədəli olduqlarına görə görüşdə iştirak edə bilməyəcəklər.
Avqustun 26-sı keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq. Komandalar arasında ilk matç Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Səbuhi Həsənov