Super Liqa təmsilçisi "Sivasspor"dan ayrılan və Braziliya klubu "İnternasional"a transfer olunan Pedro Enrike vida mesajı yayıb.
Qaynarinfo xəbər verir ki, bir neçə il öncə "Qarabağ"ın da formasını geyinmiş Enrike sosial media hesabında yayımladığı mesajda doğulduğu, böyüdüyü və ailəsinin yaşadığı şəhərin komandasına transfer edildiyini xatırladıb. "Sivasspor" rəhbərliyinin onu mövsümün əvvəlində böyük zəhmət və fədakarlıqla qırmızı-ağlı komandaya gətirdiyini bildirən futbolçu, Türkiyə klubunda oynadığı müddətdə səmimi və unudulmaz dostluqlar qurduğunu bildirib:
"İllərdir xaricdə olduqdan sonra qızımın müalicəsi zamanı yanında olmaq istədiyimi rəhbərliyimizə bildirdim. Hər kəsə təşəkkür edirəm. Xüsusilə prezidentlərim Məcnun Otyakmaz və Erdal Sarılara bu məsələdə anlayışlarına görə minnətdaram”
Baş məşqçi Rıza Çalımbayın həm meydanda, həm də meydandan kənarda yaxşı və pis gündə komandaya dəstək olduğunu bildirən Enrike mesajında bunları qeyd edib:
"Transfer prosesim zamanı anlayışına görə ona duyduğum sevgi və hörməti ifadə etmək istərdim. Həmçinin yaxşı və pis günlərimdə dəstək olduqları üçün azarkeşlərimizə, kluba rəhbərliyinə, məşqçilərimizə, komanda yoldaşlarımıza təşəkkür edirəm. Hamınızı çox sevirəm. Sivassporda oynamaq mənim üçün xüsusi şərəf idi. Bütün Sivas şəhəri və "Sivasspor"u sevənlərə təşəkkürümü bildirirəm".
Enrike 2017-2018-ci illərdə "Qarabağ"da icarə əsasında çıxış edib.
Səbuhi Həsənov