Mövsümün əvvəlində "Qarabağ"dan göndərilən Con Delarj Çexiyanın "Dinamo" klubundan da ayrılıb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Türkiyə birinci liqa təmsilçisi "Boluspor"a transfer olunub. O, artıq rəsmi müqaviləyə imza atıb. C.Delarjın komandanın qış təlim-məşq toplanışına qatılacağı bildirilib.
Qeyd edək ki, "Qarabağ" Delarjı ötən ilin iyul ayında "Bursaspor"dan transfer etmişdi.