Xəbər lenti

"Qarabağ"ın sabiq futbolçusu Yaponiya klubunda
İdman18:00 08.01.2020

"Qarabağ"ın sabiq futbolçusu Yaponiya klubunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ”ın keçmiş futbolçusu Tarik Elyunussi karyerasını Yaponiyada davam etdirəcək.
Qaynarinfo xəbər verir ki, yarımmüdafiəçi Yaponiyanın yüksək liqasında çıxış edən "Şonan Bellmar” klubu ilə yaxın günlərdə müqavilə imzalayacaq. Elyunussinin son klubu AİK (İsveç) olub. 2019-cu ilin sonunda onun müqaviləsi başa çatıb və hazırda azad agentdir.
Qeyd edək ki, 2017-ci ildə icarə əsasında "Olimpiakos”dan "Qarabağ”a transfer olunan futbolçu, Ağdam təmsilçisinin heyətində 4 oyun keçirib. O, zədəsi səbəbindən klubda möhkəmlənə bilməyib.