Xəbər lenti

"Qarabağ"ın sabiq qapıçısı yeni müqavilə imzaladı
İdman07:36 20.11.2021

"Qarabağ"ın sabiq qapıçısı yeni müqavilə imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Konyaspor" "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə yeni müqavilə bağlayıb. 
Qaynarinfo xəbər verir ki, imza məclisi "MEDAŞ Konya Büyükşehir Belediye Stadyumu"nda gerçəkləşib. Bosniya və Hersoqovina millisinin qapıçısı yeni müqaviləyə əsasən 2023-cü ilə qədər "Konyaspor"un qapısını qoruyacaq. 
Müqavilə bağlayandan sonra Şehiç bu söləri deyib: "Yeni müqavilə imzaladığım üçün xoşbəxtəm. Bir mövsüm daha "Konyaspor"da qalacağam. Bu böyük komanda və gözəl tərəfdarlar üçün əlimdən gələni edəcəm. Hədəfimizə gəlincə, mövsümün sonunda ən yuxarı pillələri tutmaq istəyirik. Mümkün olarsa Avropaya getmək istəyirik"
Səbuhi Həsənov