Xəbər lenti

“Qarabağ”ın stadionunda problem yarandı
İdman17:42 01.11.2018

“Qarabağ”ın stadionunda problem yarandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb.
PFL bildirir ki, müraciətdə ev oyunlarının keçirildiyi "Azersun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə "Qarabağ” və "Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub.
Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası "Qarabağ” klubunun ev oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib:
- I Divizionun IX turunun "Qarabağ-2” – MOİK qarşılaşması 2 noyabr 2018-ci il, saat 15:00-da "Azersun Arena”da keçirilsin;
- Premyer Liqanın X turunun "Qarabağ” – "Sumqayıt” görüşü 3 noyabr 2018-ci il, saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilsin.