Xəbər lenti

"Qarabağ"ın UEFA-dan aldığı məbləğ: 16,8 milyon avro
İdman13:17 25.10.2018

"Qarabağ"ın UEFA-dan aldığı məbləğ: 16,8 milyon avro

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA 2017/18 mövsümü üçün Çempionlar Liqasında iştirak edən klubların gəlirlərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ötən mövsüm turnirin qrup mərhələsində iştirak edən "Qarabağ” ümumilikdə 16 milyon 819 min avro qazanıb.
"Qarabağ"a 2 milyon avro "pley-off"a, 12.7 milyon avro isə qrupa vəsiqə qazandığına görə verilib. Qrupda iki heç-heçə edən təmsilçimiz 1 milyon avro əldə edib. Daha 1 milyon 119 min avro isə marketin gəlirlərinə görə ödənilib.