Xəbər lenti

"Qarabağ"ın və millimizin futbolçusuna "İdman ustası" dərəcəsi verildi
İdman12:20 22.02.2022

"Qarabağ"ın və millimizin futbolçusuna "İdman ustası" dərəcəsi verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Qarabağ”ın vitse-kapitanı Qara Qarayevə "İdman ustası” dərəcəsi təqdim edilib.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, idman dərəcəsinə layiq görülən futbolçuya "İdman ustası” vəsiqəsini Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, müvafiq döş nişanını isə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər.
Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Qara Qarayev nazir müavininə imzalı formasını hədiyyə edib. Təqdimatda iştirak edən komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşən Mariana Vasileva "Marsel”lə oyunda komandamıza uğurlar arzulayıb.
Səbuhi Həsənov