Xəbər lenti

“Qarabağ”la “Neftçi” 3 xala sevindi
İdman17:54 17.10.2014

“Qarabağ”la “Neftçi” 3 xala sevindi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağdam klubu turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb
Topaz Premyer Liqasında millinin oyunlarına görə yaranmış fasilə başa çatıb və VIII tura start verilib.

ANS PRESS-in məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

"Neftçi" "Sumqayıt"ın qonağı olub. 12-ci dəqiqədə rəqib qapısına yol tapan Ernest Nfor komandasına 3 xal qazandırıb. Bu qələbə sayəsində xalını 13-ə yüksəldərək turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 12 xalı olan "Sumqayıt" isə 4-cü pilləyə yuvarlanıb.

Günün ikinci oyununda "Qarabağ" "Qəbələ"ni qəbul edib. Hesabı 45+2-ci dəqiqədə Vüqar Nadirov açıb. 90-cı dəqiqədə isə Reynaldo Silva penaltini dəqiq yerinə yetirərək "Qarabağ"a qələbə qazandırıb. Hazırda aktivində 14 xal olan Ağdam klubu turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Qəbələ"nin isə 11 xalı var və 5-ci pilləni tutur.

Qeyd edək ki, turun iki oyunu sabah, biri bazar günü keçiriləcək.

Premyer Liqa, 2014/15 mövsümü,
I dövrə, VIII tur

17 oktyabr

Sumqayıt - Neftçi 0:1
Qol: Ernest Nfor, 12.

Qarabağ - Qəbələ 2:0
Qollar: Vüqar Nadirov, 45+2. Reynaldo Silva, 90+pen.

 
Qaynar.info